12 yanvar 2012 16:15
Rusiya klubu seçim edir: ya Xəzər Lənkəran, ya da İnter
Rusiyanın “Fakel” klubu Azərbaycan komandası ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, qonşu ölkənin birinci divizion təmsilçisi hələlik hansı klubumuzla qarşılaşacağını tam dəqiqləşdirməyib.
Amma Rusiya mətbuatının yaydığı məlumata görə bu, ya “İnter”, ya da “Xəzər Lənkəran” olacaq. Sözügedən görüş yanvarın 24-də Türkiyədə baş tutacaq. Qeyd edək ki, həmin vaxt hər iki klubumuz qardaş ölkədə təlim-məşq toplanışında olacaq. Amma hələlik nə “bankirlər”, də “ağ-yaşıllar” “Fakel”lə qarşılaşma haqda məlumat yayıb.
