12 yanvar 2012 17:14
İnter 3 futbolçusunu icarəyə verdi
Mövsümün ikinci hissəsinə hazırlıqlara başlayan “İnter” komandası 3 futbolçusunu icarəyə verib. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu barədə rəsmi saytı vasitəsi ilə məlumat yayıb.
Məlumatda bildirilir ki, qapıçı Dmitri Kramarenko və müdafiəçi Ruslan Poladov yaxın 6 ayı Zaqatalanın “Simurq” klubunda keçirəcək. Yarımmüdafiəçi Şəhriyar Rəhimov isə AZAL klubuna keçib.
