12 yanvar 2012 17:58
Milli komandamızda yeni oyunçu
Yanvarın 14-dən 16-dək keçiriləcək V Bakı Beynəlxalq Futzal Turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daha bir futzalçı dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandamızın heyətinə Alves De Souza Ediqleuson da qoşulub. O, Türkiyə, Ukrayna və Özbəkistan ilə oyunlarda millimizə kömək etməlidi.
