12 yanvar 2012 18:20

Rail Məlikov: XL ilə yanaşı digər rəqibləri də düşünmək lazımdı

“Neftçi”nin kapitanı Rail Məlikov azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, eləcə də Emil Mpenzanın mümkün gedişindən danışıb.
 
- Artıq qış hazırlıq prosesinə start vermisiz. Hazırlıqlarınız necə gedir?
- “Neftçi” bu hazırlığa çox ciddi yanaşır. Türkiyədə bütövlükdə 24 gün keçirəcəyik. Bu müddət ərzində bizi xeyli yoxlama matçı gözləyir. Bəli, biz çempionata liderlik edirik. Amma bu, heç nəyə əsas vermir. Çünki ən yaxın izləyicimizdən cəmi 1 xal öndəyik. “Altılıq” mərhələsində daha rahat çıxış etmək üçün fevralda baş tutacaq oyunlardan maksimum nəticə ilə ayrılmalıyıq. Ona görə də bu təlim-məşq toplanışında ciddi hazırlaşmalıyıq.
 
- Bu hazırlıq zamanı sizi beynəlxalq turnir də gözləyir...
- Bu turnirdə “Terek”, “Rapid”, “Steaua” kimi ciddi klublar da çıxış edəcəklər. Ümumiyyətlə, mən güclü komandalarla qarşılaşmağın tərəfdarıyam. Çünki belə komandalarla oyunlarda nəticə önəmli olmasa da, bunun faydası çox böyük olur.
 
- Böyükağa Hacıyevin gəlişindən bəri komandanızda nə dəyişib?
- Hər baş məşqçinin öz oyun üslubu olur. “Neftçi” isə hər məşqçisi ilə ancaq çempionluq üçün mübarizə aparıb. Hacıyevin gəlişindən sonra biz daha çox hücum etməyə başlamışıq. Komanda doğru yoldadı.
 
- Emil Mpenza kimi futbolçunun “Neftçi”də özünü göstərə bilməməsinin səbəbini nə ilə izah edərdiz?
- Mpenza yaxşı futbolçudu. Amma komandada çox ciddi rəqabət var. Görünür, Mpenza belə rəqabət olacağını gözləmirmiş. Buna görə də bacarmadı. Bahodir Nasimov uğurlu çıxış edəndə, Mpenza üçün heyətə düşmək çox çətin olurdu.
 
- “Neftçi” üçün bu il nə dərəcədə vacibdi?
- Biz həm çempionatda, həm də avrokuboklarda mümkün qədər yaxşı çıxış etməyə çalışırıq. Ümid edirəm ki, yaxşı oyunla yenidən ölkə çempionu olmağı bacaracağıq. Amma çempionatda güclü rəqabət var. Yalnız “Xəzər Lənkəran”ı yox, digər rəqibləri də düşünmək lazımdı.
 
- Yəqin ki, bu mənada daha çox “İnter”i fərqləndirərdiz...
- Ciddi rəqibdi. “İnter” son oyunlarını çox yüksək səviyyədə keçirdi. “Bankirlər”lə yanaşı “Qarabağ” da var. Əminəm ki, onlar da mövsümün qalan hissəsini yüksək səviyyədə keçirəcəklər. “Bakı”yla “Qəbələ”ni də siyahıdan silmək olmaz. Amma bu kampaniyada ən güclü biz olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.