12 yanvar 2012 19:21
İnter Əziz Quliyevlə müqavilə imzalayacaq
Mövsümün ikinci hissəsinə hazırlaşan “İnter” klubu gənc futbolçu Əziz Quliyevlə tezliklə müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, artıq bir neçə gündü Əziz Quliyev komandayla birlikdə məşq edir. Tibbi baxışdan keçən gənc oyunçu “İnter”lə birlikdə Antalyaya təlim-məşq toplanışına yollanacaq. Gözlənilir ki, tezliklə onunla müqavilə imzalanacaq.
