12 yanvar 2012 11:38
Cüneyt Biçər: XL-da bir nömrəli qapıçı yoxdu
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər azerisport.az saytına müsahibəsində komandasının hazırlığından və transfer siyasətindən danışıb.
- Gəlin öncə Mali səfərinizdən başlayaq: sizin üçün nə dərəcədə faydalı alındı?
- Bəri başdan qeyd edim ki, bu ölkəni təsadüfi seçməmişdik. Malidə mən bir neçə futbolçu ilə maraqlanırdım. Buna görə də səfər zamanı mən onların çempionatının beş oyununu izlədim. Etiraf edim ki, bəzi oyunçuların çıxışı xoşuma gəldi. Onlarla danışıqlara başlamaq qərarına gəldik. Bizi bir hücumçu və bir yarımmüdafiəçi maraqlandırır. “Xəzər Lənkəran”da hücumun güclənməsinə ehtiyac var. Hazırda danışıqlar davam etdiyinə görə, həmin futbolçuların adlarını açıqlaya bilmərəm.
- Onlarla yanaşı komandanın düşərgəsinə baxışa gələnlər də var...
- Bəli, Lənkərana Belarus gənclər yığmasının iki üzvü gəlib. Bunlar qapıçı Anton Kovalevski ilə müdafiəçi Maksim Karpoviçdi. Mən onları sadəcə məşqdə görmüşəm. Hələ konkret nəsə deyə bilmərəm. Əgər xoşumuza gəlsələr, onlarla müqavilə imzalanacaq. Digər yenilərimiz isə Türkiyə toplanışına gələcəklər.
- Sizdə Kamran Ağayev kimi qapıçı olduğu halda, yenisini almağa hazırlaşırsız?
- Bizdə qapıçının baxışda olması o demək deyil ki, bu xətdə hansısa problemimiz var. Belarus yığmasının qapıçısı sadəcə bizimlə məşq edir. İstənilən komandada rəqabəti gücləndirmək lazımdı. Hamı bilir ki, Ağayev ölkənin ən güclü qapıçısıdı və buna kimsənin şübhəsi yoxdu. Sadəcə bir şeyi demək istəyirəm ki, mənim üçün komandada bir nömrəli qapıçı və ya əsas heyət oyunçusu anlayışı yoxdu. Hazırda kim daha yaxşı hazırlıqlıdırsa, meydana da o çıxır.
- Türkiyə toplanışında hansı rəqiblərlə üz-üzə gəlməyinizi istəyirsiz?
- Fikrimcə, nəzərdə tutulan yoxlama matçları “Xəzər Lənkəran” üçün yararlı olacaq. Rəqiblərimiz Türkmənistan və Qazaxıstandan olacaq. Mənim üçün bu oyunlarda nəticə qətiyyən önəmli deyil. Əsas çempionatdı. Yoxlama matçındakı qələbəyə görə bizə heç kim üç xal hədiyyə edən deyil. Bu oyunlarda əsas diqqət hazırlığa yönələcək.

- Fevralda Azərbaycan millisi Dubaya təlim-məşq toplanışına yollanacaq. Siz də komandanız üçün xüsusi hazırlıq planlaşdırırsız?
- Çempionatda yaranan fasilə istənilən klub üçün problemdi. Çünki hər belə fasilədən sonra hər şeyi sıfırdan başlamaq lazım gəlir. Amma federasiya yığma üçün belə qərar veribsə, deməli belə olmalıdı. Biz yığmanın proqramına qarışa bilmərik.

- Mövsümün qalan hissəsi ilə bağlı nə düşünürsüz?
- Komandamızda özünəinam lazımdı. Qısa zaman ərzində futbolçuların potensialına bələd oldum. “Xəzər Lənkəran” bu heyətlə böyük hədəflərə çata bilər. Qış fasiləsində güclənəndən sonra, daha yaxşı olacaq. Əsas odu ki, bütün rəqiblərimizi düzgün qiymətləndirə bilək. Ancaq favoritləri düşünmək lazım deyil. Biz ancaq mayda sevinə bilərik. Ondan öncə arxayınlaşmağa isə qətiyyən əsasımız yoxdu.

- Yəqin ki, əsas rəqib gözüylə “Neftçi” və “İnter”i görürsüz...
- Bax burda sizinlə razı deyiləm. Birinci altılıqda olan bütün komandalar bizim əsas rəqiblərimizdi. Klublar arasındakı xal fərqi çox azdı. 2-4 turdan sonra nə baş verəcəyini heç kim bilmir. “Qarabağ”, “Bakı”nı, “Qəbələ”ni qətiyyən siyahıdan silmək olmaz. “Xəzər Lənkəran” üçün bütün rəqiblər eynidi.