12 yanvar 2012 11:57
Şahin Diniyev Yurmala ilə anlaşa bilmədi
Futbol üzrə Azərbaycan millisinin sabiq çalışdırıcısı Şahin Diniyev Latviyanın “Yurmala” klubu ilə anlaşa bilməyib. Azerisport.az saytına müsahibəsində sözügedən klubun direktoru Andrey Kodizey bildirib ki, artıq Diniyevə namizəd gözü ilə baxmırlar:
“Komandamızı yeni mövsümə məşqçilər korpusu hazırlaşdırır. Hazırda yeni baş məşqçi üçün büdcəmizin imkanları daxilində baxırıq. Diniyevə gəlincə, “Yurmala”nın hazırda onunla danışıqlar apardığı barədə məlumatım yoxdu”.