12 yanvar 2012 12:06
Kamanan Qəbələdə ilk məşqinə çıxdı (FOTO)
Premyer Liqanın 18-ci turunda “Qarabağ”la matçdan sonra istirahətə buraxılan “Qəbələ” yanvarın 10-dan etibarən təlim-məşqlərə start verib. Azerisport.az xəbər verir ki, günlük iki məşqlə hazırlığını davam etdirən komandaya zədələri tam sağalmayan Abdulkader Kamara, Stiv Olfers, Rövşən Əmiraslanov və Vurğun Hüseynov qatılmayıblar.
Onların yanvarın 19-dan etibarən Antalyada təşkil olunacaq təlim-məşq toplanışına qədər kollektivə qoşulması gözlənilir. Qəbələdə “Neftçi”yə qarşı matçda zədələnən Deon Barton isə zədəsini bərpa edərək komanda ilə birlikdə məşqlərə başlayıb. Bundan əlavə əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıqlara cəlb edilib.
Bu arada "Qəbələ"nin yeni transferi hücumçu Yannik Kamanan da Qəbələdə ilk məşqinə çıxıb. Forvard yeni kollektivə uyumu ilə diqqət çəkib.
