12 yanvar 2012 12:18
Eks-Beşiktaşlı məşqçi Qəbələdə (FOTO)
“Qəbələ”nin məşqçilər heyətinə yeni mütəxəssis cəlb olunub. Azerisport.az xəbər verir ki, bu, gənc olmasına baxmayaraq, uğurlu karyeraya sahib İbrahim Bakırdı.
“Qəbələ”də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək Bakır məşqçilik karyerasının önəmli hissəsində Ertuğrul Sağlamın məşqçilər korpusunda yer alıb. “Samsunspor”da uğurlu mövsümdən sonra “Kayserispor”a keçən İbrahim Bakırın da yer aldığı məşqçilər korpusu bu komanda ilə avrokuboklara vəsiqə qazanıb. Uğurlu “Kayserispor” karyerasından sonra məşqçilər korpusu “Beşiktaş”la müqavilə imzalayıb və mövsümü 3-cü yerdə bitirib.
“Beşiktaş”dan sonra “Bursaspor”da fəaliyyətə başlayan heyət bu komanda ilə Türkiyə tarixində ilk dəfə olaraq, ölkənin 4 böyük komandasından başqa bir komanda ilə çempionluq qazanıb.
Dosye:
İbrahim Bakır
Doğum tarixi, yeri: 21.09.1978, Yozqat
Təhsili: ODTÜ Bədən Tərbiyəsi və İdman fakültəsi
Məşqçilik karyerası: “Samsunpor”, “Kayserispor”, “Beşiktaş”, “Bursaspor”
Evlidir, 2 övladı var.
