12 yanvar 2012 12:37
Vəli Qasımov AFFA-ya hesabat verdi (FOTO)
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımovla görüş keçirib. Azerisport.az xəbər verir ki, V.Qasımov rəhbərlik etdiyi komandanın Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə keçirdiyi oyunlarla bağlı hesabat verib. Sonra baş katib komandanın üzvləri ilə görüşərək turnirdəki nəticədən narazılığını bildirib, gələcək oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.
