13 yanvar 2012 01:31
“Məqsədim əsas komandanın start heyətində yer almaqdı”
"Neftçi"nin futbolçusu Ağabala Ramazanov komandasının hazırlıq prosesini dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Antalya hazırlıqları bizim kimi gənc futbolçuların inkişafı üçün əla imkandı. Bizə verilən tapşırıqları ən yaxşı formada yerinə yetirməyə çalışırıq. Məqsədim əsas komandanın start heyətində yer almaqdı. Əvəzedici komandadan olan yoldaşlarımdan da 6-sı burdadı. Yeri gəlmişkən əvəzedicilərdən ibarət komandamız ayın 19-dan Türkiyədə məşqlərə başlayacaq. Bu isə o deməkdi ki, "Neftçi"də yerli futbolçuların inkişafına xüsusi diqqət yetirilir".