13 yanvar 2012 01:54
“Onlar Premyer Liqada komandamıza çox kömək edəcəklər”
“Sumqayıt” Futbol Klubu Premyer Liqanın ikinci dövrəsi üçün hazırlıq prosesini Olimpiya Yığmalarının Təlim-Məşq bazasında davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ramil Həşimzadə hazırlıq prosesi və yeni transferlərlə bağlı fikirlərini bildirib:
“Bildiyiniz kimi, dekabrın 27-də komanda istirahətə buraxıldı. Premyer Liqadakı ağır oyunlardan sonra fasilənin bizə yaxşı təsir etdiyini deyə bilərəm. Yanvarın 5-dən etibarən isə çempionatın ikinci dövrəsi üçün yenidən təlim-məşq toplanışına başladıq. Gün ərzində iki dəfə olmaqla hazırlığımızı davam etdiririk. Bernard Raabın rəhbərliyi ilə məşqlərimiz olduqca maraqlı keçir. Ayın 16-da isə hazırlıq prosesinin ikinci mərhələsi üçün Antalyaya yollanacağıq. Yeni transferlərə gəldikdə, Tərlan Quliyevin “Neftçi”dəki çıxışını izləmişdim. Ölkənin ən yaxşı sol cinah müdafiəçisindən biridi. Uğur isə olduqca cəld və dəqiq ötürmələrə sahib olan futbolçudu. Hər ikisi “Sumqayıt”a Premyer Liqada çox kömək edəcəklər”.
