13 yanvar 2012 13:47
Nasimov: Daha çox qol vurub məhsuldarliğımı artırmaq istəyirəm
"Neftçi"nin futbolçusu Bahodir Nasimov Antalya təlimləri barədə danışıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Məşqlərimizi müntəzəm şəkildə davam etdiririk. Qarşıda yoldaşlıq oyunlarımız və beynəlxalq turnir var. Bu matçlarda da gözəl oyun nümayiş etdirməyə çalışacağıq. Bir hücümçü kimi vəzifəmin qol vurmaq olduğunu anlayıram. İnanıram ki, bu işin öhdəsindən uğurla gələcəm və Neftçi çempion titulunu qoruyacaq. Daha çox qol vurub məhsuldarliğımı artırmaq istəyirəm" .
