13 yanvar 2012 02:12
“Əziyyətimizin bəhrəsi çempionluq olacaq”
Antalyada hazırlıqlarını davam etdirən "Neftçi"nin kapitanı Rail Məlikov son məşqin ardından fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Hazırda əsasən fiziki göstəricilərimizi yaxşılaşdırmaq istiqamətində çalışırıq. Düşərgəmizdə əla abu-hava hökm sürür. Hamı məşqlərə ciddi və eyni zamanda məsuliyyətlə yanaşır. Biz də çalışırıq ki, verilən tapşırıqları hərtərəfli yerinə yetirək. İnşallah əziyyətimizin bəhrəsi çempionluq olacaq".
