13 yanvar 2012 14:22
Yaponiya yığması Bakıya gəlməyə razılıq verdi
İlk dəfə 2011-ci il iyunun 11-dən 16-dək Bakıda AFFA tərəfindən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil edilən və ənənəvi xarakter alması planlaşdırılan Caspian Cup beynəlxalq turniri bu il də keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iştirakla bağlı artıq Yaponiya Futbol Assosiasiyasından AFFA-ya təsdiq məktubu göndərilib.
Məktubda dəvət üçün minnətdarlıq edilib və Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığma komandasının Caspian Cup turnirində məmnuniyyətlə iştirak edəcəyi bildirilib.
Xatırladaq ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən I Caspian Cup turnirinin qalibi Türkiyə yığması olub. İspaniya komandası ikinci, Azərbaycan yığması isə üçüncü yeri tutub.
