13 yanvar 2012 14:57

Rəcəb Fərəczadə: Milli iki il əvvəllə müqayisədə zəifləyib

Futzal üzrə Azərbaycan millisinin oyunçusu Rəcəb Fərəczadə azerisport.az saytının suallarını cavablandırıb, qarşıdan gələn beynəlxalq turnirdəki şanslarımızı dəyərləndirib.
 
- Komandamız qarşıdakı turnirə hazırdı?
- Tam yox. Komanda heç də yaxşı formada deyil. Biz bir həftə olar yığışmışıq. Amma bunu daha tez də etmək olardı.
 
- Deməli, yığmamızın qarşısında bu turniri qazanmaq hədəfi qoyulmayıb?
- Bu turnir qarşıdan gələn Xorvatiyadakı Avropa çempionatına hazırlıq kimi bir şeydi. Bizim əsas hədəfimiz fevralın 1-də baş tutacaq Zaqrebdəki Portuqaliya ilə oyunda qələbə qazanmaqdı. Amma təbii ki, heç kimə qəsdən uduzmağa hazırlaşmırıq. Turnir doğma meydanda keçirildiyindən yenə hamıdan güclü olmağa çalışacağıq. Amma qələbə qazana bilməsək, bunu faciəyə çevirməyəcəyik.
 
- Ukrayna ilə oyunda qazandığımız qələbədən (4:2) sonra Xorvatiya iddia etdi ki, onlar qəsdən bizə bu hesabla uduzdular. İndi bu turnirdə yenə ukraynalılarla qarşılaşmanız var...
- Biz xorvatların bu sözlərinə ciddi fikir vermirik. Çünki onlar uduzan tərəf idilər. Ukrayna ilə bu dəfəki oyunumuza gəlincə, məncə indi işimiz daha asan olacaq. O zaman bizə ancaq qələbə lazım idi. Buna görə üzərimizdə psixoloji təzyiq də var idi. İndiyə qədər Ukraynaya heç vaxt uduzmamışıq. Düşünürəm ki, bu dəfə də elə olacaq.
 
- Son oyunda Ukrayna heç də optimal heyətlə oynamırdı. Onların optimal heyətinə qarşı oynamaq çətin olmayacaq ki?
- Biz bunu etmişik. Həm də bizdə də optimal heyət olmayacaq. Əsas qapıçımız Andrey Tveryankinlə yanaşı zədəli Nilson Maşado da bizə kömək edə bilməyəcək. Felipe bu gün gələcək, Serjao da dünəndən hazırlıqlara qoşulub.
 
- Türkiyə və Özbəkistanı necə dəyərləndirərdiz?
- Türkiyə növbəti AÇ-yə vəsiqə qazanıb. Ümumiyyətlə bu komanda son iki ildə çox artırıb. Özbəkistan da xoşagəlməz rəqibdi. Yadımdadı, biz onlara 10 dəqiqəyə 3 qol buraxmışdıq. Düzdü, sonda biz 4:3 qalib gəldik. Amma istənilən halda rəqib heç də sıradan deyil.
 
- Yeri gəlmişkən, Nilsonun əvəzində yığmamıza Alves de Souza Ediqleuson çağırılıb. Sizcə, o, bu vəsifənin öhdəsindən gələ biləcək?
- Onlar fərqli oyunçulardı. Maşado Azərbaycan yığmasının 50 faizi deməkdi. O, meydanda hər şeyi edirdi. Odu ki, yeni dəvət olunan futzalçının Maşadonu əvəzləyəcəyini düşünmürəm.
 
- Bu, o deməkdi ki, Azərbaycan yığması iki il əvvəllə müqayisədə indi zəifdi?
- Bəli. Mən bunu əminliklə deyirəm. Onda komanda pik nöqtəsindəydi. 2010-cu ildə Rizvan Fərzəliyevlə Vitali Borisov da güclü idilər. Amma bu, o demək deyil ki, qarşıdakı AÇ-də bizi uğursuzluq gözləyir. 1/4 finala vəsiqə qazanmağa sadəcə borcluyuq. Ondan sonra isə baxarıq kimlə necə oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.