13 yanvar 2012 15:21
Volqa Vaqif Cavadovsuz məğlub oldu
Rusiyanın “Volqa” klubu yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Nijni Novqorod təmsilçisi Albaniyanın “Teuta” klubu ilə qarşılaşıb.
Qarşılaşma albanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavadov məlum səbəblərdən bu görüşdə forma geyə bilməyib. Xatırladaq ki, Vaqif hazırda komandasının düşərgəsində yox, Nijni Novqoroddadı və təlim-məşq toplanışının ikinci hissəsinə qoşulması gözlənilir.
