13 yanvar 2012 15:52
Rafiq Mirzəyev: AZAL Spartakla qarşılaşmayacaq
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev komandasının Rusiya “Spartak”ı (Nalçik) ilə qarşılaşacağına dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Spartak”la Türkiyədə yoxlama matçı keçirəcəyimizə dair xəbərlər düz deyil. Mən artıq bundan öncə də qeyd etmişdim ki, AZAL qış hazırlıq prosesini ölkə xaricində yox, Azərbaycanda həyata keçirəcək. Yoxlama matçlarındakı rəqiblərimiz də yerli klublar olacaq. Nalçik komandası ilə qarşılaşma barədə yayılan xəbərlərin hardan qaynaqlanmasından məlumatım yoxdu. Amma onu dəqiq bilirəm ki, AZAL “Spartak”la qarşılaşmayacaq”.