13 yanvar 2012 16:12
AFFA rusiyalı qapıçı xəbərlərini təkzib etdi
Rusiyanın “Dağdizel” klubunun qapıçısı Abdulla Hacıkadiyevib gənclərdən ibarət Azərbaycan millisinə dəvət alması barədə xəbərlər özünü doğrultmayıb. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yaymışdı.
Məlumatda bildirilirdi ki, veteran futbolçumuz Emin Ağayevin baş məşqçisi olduğu klubun şərəfini qoruyan 18 yaşlı qolkiper bu ay keçiriləcək toplanışa çağırılıb. Guya o, yanvarın 20-dən 29-dək Antalyada baş tutacaq toplanışda sınaqdan keçiriləcəkdi.
Lakin AFFA-dan saytımıza verilən məlumata görə, onlar bu qapıçıya belə bir dəvət göndərməyiblər və yayılan məlumat həqiqəti əks etdirmir.
