13 yanvar 2012 16:36
Sumqayıt yeni oyunçu alıb, Qarabağa rəqib oldu
“Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası U-17 Liqanın ikinci dövrəsi üçün hazırlığına start verib. Azerisport.az xəbər verir ki, Tağı Məmmədovun komandası yanvarın 15-də saat 15:00-da Sərhətçi İdman Kompleksinin stadionunda “Qarabağ”ın U-17 komandası ilə yoxlama oyunu keçirəcək.
Bundan başqa, “Sumqayıt”ın U-17 komandası bir futbolçu da alıb. Belə ki, gənclik şəhərinin təmsilçisi 1996-cı il təvəllüdlü İlkin Muradovu heyətinə qatıb.
