13 yanvar 2012 17:25

“Qarabağdan getmək heç də ən yaxşı variant deyil”

“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, eləcə də karyerasından danışıb.
 
- Yeni ilə qədər deyilirdi ki, siz “Qarabağ”ı tərk edəcəksiz. Amma sonradan məlum oldu ki, komandada qalacaqsız...
- “Qarabağ” mənim üçün doğma klubdu. Gizlətmirəm ki, bir neçə yaxşı təklif almışdım. Amma onlardan imtina etdim. İndi “Qarabağ”dayam, məşq edirəm, çempionatı düşünürəm. Bütün fikirlərim klubuma yönəlib. Mətbuatda yenə komandanı tərk edəcəyim haqda yazılır. Amma bütün bunlar həqiqəti əks etdirmir. Mən Boyan Pavloviçlə rəqabətə hazıram. Ümid edirəm ki, əsas heyətdəki yerimi qaytara biləcəm. Karyeramı “Qarabağ”da bitirmək istəyirəm.
 
- Məhz hansı komandalardan təklif aldığınız maraqlıdı...
- “Kəpəz” mənimlə müqavilə bağlamaq istəyirdi. O vaxtkı baş məşqçi Mirbağır İsayev məni komandasında görmək istədiyini bildirmişdi. Mən də bildirmişdim ki, cavabımı yanvarda deyəcəm. Amma sonradan bu klubda məlum olaylar oldu. İsayev artıq o komandada deyil. İndi düşünürəm ki, o vaxt “Kəpəz”ə dərhal müsbət cavab verməməklə düz etmişəm.
 
- Bəs xarici klublardan belə dəvət almamısız?
- Türkiyənin birinci liqa klubundan maraqlanırdılar. Konkret danışsaq, bu, “Giresunspor” idi. Hətta bir illik müqavilə təklif edirdilər. Amma mən baş məşqçi Qurban Qurbanovla, klub rəhbərliyi ilə məsləhətləşdim və bu təklifdən imtina etdim. Hazırda “Qarabağ”dan getmək heç də yaxşı seçim deyil. Mən qalmalı və mübarizəmi davam etdirməliyəm.
 
- Amma əsas heyətə düşmək şanslarınız çox azdı...
- Bu, hər bir futbolçuda olur. Ehtiyatda qalmağım mənə də xoş deyil. Buna görə hətta Azərbaycan yığmasındakı yerimi də itirmişəm. Berti Foqts artıq mənə dəvət göndərmir. Amma mən yenidən həm klubumda, həm də yığmada bir nömrə olmaq istəyirəm. Hər şeydən önəmli olan isə “Qarabağ”ın uğurlarıdı.
 
- Sizcə, baş məşqçi niyə serb qapıçıya daha çox güvənir?
- Mən deməzdim ki, Pavloviçdən zəifəm. Bunu hər an sübut etməyə hazıram. Sadəcə, “Qarabağ”da güclü rəqabət var. Qurbanov meydana həmişə ən yaxşıları buraxır. Ola bilsin ki, Boyan ötən il məndən daha çox oynasın. Amma bu, o demək deyil ki, mən ondan zəifəm. İnanıram ki, əsas heyətdəki yerimi qaytaracağam. Kluba lazım olduğumu hələ sübut edəcəm.
 
- Bu mövsüm əsas heyətə qayıda bilməsəz, gedəcəksiz?
- Ümumiyyətlə, müqaviləmin müddəti mayda başa çatacaq. Hətta ehtiyatda qalsam da, yenə hər şeyə “Qarabağ” rəhbərliyi ilə birgə qərar verəcəm. Əgər müqaviləmin sonunda mənə ehtiyac duyulmadığını görsəm, təbii ki, klubu tərk edəcəm. Amma saxlamaqda maraqlı olsalar, mən “Qarabağ”dan ayrılmaq haqda düşünmürəm. Dediyim kimi, karyeramı bu klubda başa vurmaq istəyirəm.
 
- Sizcə, komandanın qızıl medallara sahib çıxmaq şansı nə dərəcədə yüksəkdi?
- Hazırda ilk üçlükdən kənar qalmışıq. Bu üzdən bizim şanslarımız o qədər də yüksək qiymətləndirilmir. Amma biz güclü rəqiblərlə oyunlarda daha yaxşı çıxış edirik. O üzdən bizim də çempionluq şanslarımız az deyil. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.