13 yanvar 2012 17:33

“Çoxlu qol vurub azarkeşləri sevindirmək istəyirəm”

Azerisport.az sizi “Qəbələ”nin yeni transferi Yannik Kamananın klubun rəsmi saytına müsahibəsi ilə tanış edir.
 
- Daha öncə bir-birindən fərqli bir neçə ölkədə futbol oynamısan. Artıq Azərbaycanda, Qəbələdəsən. Azərbaycan və Qəbələ haqqında ilkin təəssüratlarını bilmək maraqlı olardı...
- Azərbaycana yeni gəlmişəm. Hələ ki, ölkə haqqında məndə tam fikir formalaşmayıb. Bunun üçün ölkədə müəyyən müddət yaşamalıyam. Amma ilkin olaraq gördüklərim məndə xoş təəssüratlar oyadıb. Buraları gördükdən sonra seçimimin doğru olduğuna bir daha əmin oldum. Yaxın vaxtlarda ailəmi də Qəbələyə gətirməyi planlaşdırıram. 
 
- Artıq yeni komandan ilə bir neçə məşqə çıxmısan. Komanda və  futbolçular haqda nə deyə bilərsən?
- Burada məni çox yaxşı qarşıladılar, xoş münasibət göstərdilər. İlk məşqlərdən komandanın peşəkarlığının və ciddiyətinin şahidi oldum.  Heyətdəki futbolçular da çox istedadlıdırlar. Zaman keçdikcə onları daha yaxından tanıyacam. 
 
- Daha öncə Azərbaycan futbolu, burada oynayan legionerlər haqqında məlumatın, Azərbaycanda futbolçu tanışların var idimi?
- Azərbaycan futbolu haqda o qədər də məlumatlı deyildim. Sadəcə futbolun inkişafda olduğunu bilirəm. Olkədə səviyyəli legionerlərin top qovdugundan xəbərdaram. Futbolçulardan “Qəbələ”li Viktor Mendini tanıyıram. Onunla Türkiyə Superliqasından tanışam. Azərbaycan, “Qəbələ” haqda məlumatları da əsasən Mendidən almışam. Mpenza (“Neftçi”nin eks-hücumçusu-red.) ilə eyni yerdə istirahətdə olmuşuq və o əsnada tanış olmuşuq. Bir də eks-“Qəbələ”li Serje Cehuanı tanıyirdım. Başqa tanıdığım yoxdur. 
 
- Məşqlərdə Deon Bartonla yaxın olduğunu müşahidə etdik...
- Bəli, Bartonla bir-birimizi gözəl başa düşürük. Hər ikimiz İngiltərədə oynamışıq. Ortaq dostlarımız var. Məsələn, Stefen Klements hər ikimizə yaxın futbolçudur. Barton  Qəbələni öyrənməkdə mənə çox yardımçı olur.
 
- Qəbələdə futbol üçün yaradılan şəraiti necə qiymətləndirirsən?
- Düzünü desəm, bu cür şərait gözləmirdim. Gördüklərim mənim üçün xoş sürpriz oldu. Meydançalar, baza  əladır. Futbol üçün hər cür şərait var. 
 
- Məşqçi heyəti ilə rahat anlaşa bilirsənmi?
- Çox rahat anlaşıram. Hamının ingiliscə bilməsi ünsiyyətimizi asanlaşdırır. Məşqçi heyəti türklərdən və ingilislərdən təşkil olunub. Mən isə həm Türkiyədə, həm də İngiltərədə top qovmuşam. Bu səbəbdən anlaşmaqda problem yaşamıram. 
 
- Qəbələnin təbiətini bəyəndin?
- Təbiət gözəldir. Amma soyuqdur (gülür). Bildiyiniz kimi “Qəbələ”dən öncə “Mersin İdman Yurdu”nda oynayırdım. Mersinin havası mülayim idi. Mersindən öncə isə “Sivasspor”da 2,5 il top qovmuşam. Sivasın havası da sərt idi. Qəbələ mənə Sivası xatırlatdı.
 
- “Qəbələ”də hədəflərin...
- Buraya  komandanın lazımlı parçasına çevrilmək məqsədilə gəlmişəm. Mənim üçün öyrənməyin yaşı yoxdur. “Qəbələ” təcrübəmə təcrübə qatıb uğur qazanmaq istəyirəm.  Komandamın hədəflərindən xəbərdaram. İstəyirəm, bu hədəflərin əldə olunmasında mənim də payım olsun.  Əsas hədəfim “Qəbələ”nin Avropaya getməsinə kömək etməkdir. 
 
- “Qəbələ” azarkeşlərinə sözün...
- “Qəbələ”də çoxlu qol vurub azarkeşləri sevindirmək istəyirəm. Amma komanda olaraq mütləq bütünləşməliyik. Həm azarkeşin, həm də futbolçuların üzərinə düşən işlər var. Mən komandanın bir parçasıyam və azarkeşlərimizin də dəstəyi ilə üzərimə düşən vəzifənin öhdəsindən gələcəyimə inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.