13 yanvar 2012 17:51
Xəzər Lənkəran iki legioneri yola saldı
“Xəzər Lənkəran” baxışa çağırdığı belaruslu futbolçularla bağlı qərar verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Cüneyt Biçər onları bəyənməyib.
Qapıçı Anton Kovalevski və yarımmüdafiəçi Maksim Karpoviçin səviyyəsi türk çalışdırcını qane etməyib. Bu səbəbdən də “Xəzər Lənkəran” onları geri qaytarmaq qərarına gəlib.
Qeyd edək ki, Kovalevski Belarusun “Torpedo”, Karpoviç isə “Naftan” klubundan gəlmişdi.
