13 yanvar 2012 11:17
Elxan Məmmədov üçün yeni vəzifə
AFFA-nın baş katibi Elxan Məmmədova yeni vəzifə verilib. Azerisport.az xəbər verir ki, o, FİFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin xüsusi müşaviri təyin olunub.
Xatırladaq ki, Elxan Məmmədov həm də FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədriydi.
