13 yanvar 2012 12:18

Elmir Əliyev: Kəpəzdə yaranan problem bir daha təkrarlanmayacaq

“Kəpəz”in prezidenti Elmir Əliyev azerisport.az saytına müsahibəsində komandanın hazırkı durumundan və problemlərdən söz açıb.

- Artıq əminliklə demək olar ki, “Kəpəz”in problemləri arxada qaldı?
- Komandanın çempionatdakı çıxışını davam etdirəcəyi dəqiqdi. Yeni sponsorla danışıqlarımızı müsbət yekunlaşdırdıq. Bu danışıqlarda həmçinin Milli Məclisin deputatı Xanlar Fətiyev də iştirak edirdi. Sponsorumuzun vədinə görə, komandanın maliyyə baxımından problemi olmayacaq. “Kəpəz” əvvəlki kimi dəstəyə malik olacaq. Biz çox şadıq ki, Gəncə böyük futbolsuz qalmayacaq.
 
- Komandaya kim rəhbərlike dəcək?
- Baş məşqçi Fuad İsmayılov olacaq. Ona Xaliq Mərdanov kömək edəcək. Biz tez zamanda formalaşmış heyət qurmaq istəyirik. Hazırkı heyətdə müəyyən dəyişikliklər olacaq. Gedənlərin yerinə yeni gənc futbolçular dəvət edəcəyik. Bundan sonra daha çox yerli futbolçulara üstünlük verəcəyik.
 
- Legionerlər qalacaq?
- Biz artıq ilk altılıqda oynamaq şanslarımızı itirmişik. Ona görə də qoy ikinci altılıq oyunlarında elə yerli uşaqlar oynasınlar. Amma komandada legionerlər də olacaq. Onlar yerli gənclərə bir nümunə olmalıdılar. Amma yeni legionerlər almağı planlaşdırmırıq. Bunun mənası da yoxdu. Kimlər oynayırdısa, onlar qalacaq.
 
- Son hadisələrin yenidən təkrarlanması nə dərəcədə inandırıcıdı?
- Bu hadisələr təkrarlanmayacaq. Biz özümüz də Gəncənin futbolsuz qalmasını istəmirdik. “Kəpəz” Premyer Liqada normal çıxış edir. Bu problemin həlli üçün əlimizdən gələn hər şeyi etdik. Bir sıra insanlar da çox köməklik etdilər. Ən əsası odu ki, Gəncədə futbol olacaq. İndi mətbuat da bizə kömək etməlidi ki, normal komanda yaradaq. Mətbuatın dəstəyi olmadan çox çətindi.
 
- Yeri gəlmişkən, mətbuatda belə bir iddia səslənir ki, “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov olacaq...
- Bizim hamımızın Yunis Hüseynova böyük hörməti var. O, istedadlı məşqçidi. Amma onun “Kəpəz”ə gələcəyinə dair informasiyalar həqiqəti əks etdirmir. Hərdən jurnalistlər heç bir əsası olmayan xəbərlər də yayırlar. Hüseynovun heç namizədliyi də gözdən keçirilməyib.
 
- Fanatlarla problemi necə həll etməyi düşünürsüz?
- “Kəpəz”in fanatları komandaya qarşı həmişə tələbkar olublar. Son aylarda onlar doğma klublarına görə çox həyəcan keçiriblər. Onların “Kəpəz”i belə sevməsi yaxşıdı. İndi onların dəstəyinə ehtiyacımız var. Çünki gənclərdən ibarət komanda qurmaqla, perspektivi nəzərdə tuturuq. Əlbəttə, gənclərlə yanaşı heyətdə təcrübəli və legioner futbolçularımız da olacaq. Məsələn, Ceyhun Sultanov, Azər Məmmədov, Dmitri Parxaçov, Junivan Suares və başqaları komandada qalır. Azarkeşlər də bu yolda bizi başa düşməli, dəstəkləməlidilər. Biz birgə gələcəyin komandasını qurmalıyıq.
 
- Premyer Liqaya harda hazırlaşacaqsız?
- Məşqlər Gəncədə başlayıb, Gürcüstanda bitəcək. Orda “Kəpəz” bir neçə sınaq matçı keçirəcək. Hazırda sınaqçı-rəqiblərlə danışıqlar aparılır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.