13 yanvar 2012 12:31
AFFA İK legioner limitini dəyişir
Yanvarın 17-də, saat 10:00-da, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi
2. Legioner limiti – Premyer Liqada çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar, legioner limitinin 7+4 şəklində təklifinin müzakirəsi
3. AFFA-nın İntizam Komitəsinin «Turan» klubu ilə bağlı müraciəti
4. Digər məsələlər
