13 yanvar 2012 12:56
Qış transfer dövrü başladı
Bu gün - yanvarın 13-dən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasında qış transfer dövrü başlayıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 10-dək davam edəcək qış transfer dövründə klublar müqavilə bağladıqları futbolçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.
