14 yanvar 2012 13:32
Amit Quluzadə 75 dəqiqə oynadı
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Amit Quluzadənin çıxış etdiyi Türkiyənin “Erciyesspor” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Kayseri təmsilçisi “1461 Trabzon” klubu ilə qarşılaşıb.
“Erciyesspor” ikinci dəstə təmsilçisini 1:0 hesabı ilə yenib. Baş məşqçi Kamaleddin Şentürk Amitə start heyətində yer verib. Həmyerlimiz 75-ci dəqiqədə əvəzlənib.
