14 yanvar 2012 13:53
Xəzər Lənkərandan növbəti transfer
“Xəzər Lənkəran” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun bu dəfəki transferi də yerli futbolçu olub.
Belə ki, lənkəranlalır Qafar Əliyevlə müqavilə bağlayıblar. 19 yaşlı yarımmüdafiəçi “Rəvan”ın əvəzedici komandasından gəlib. Onunla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” bundan əvvəl “Turan”dan Akif Tağıyevi transfer etmişdi.
