14 yanvar 2012 14:47
Qarabağ Türkiyəyə 23 futbolçu ilə gedir
“Qarabağ” Türkiyəyə yollanır. Azerisport.az xəbər verir ki, yanvarın 10-dan start götürən yeni ilin hazırlıqlarının növbəti mərhələsi Antalyada davam edəcək.
Bu gün son məşqinə çıxan komanda hazırlıqlarını tamamlayaraq qardaş ölkəyə yollanacaq. Sabah Bakı – İstanbul – Antalya reysiylə Aralıq dənizinin sahilllərinə yollanacaq komanda 3 həftə təlim-məşq toplanışı keçəcək.
Xatırladaq ki, komanda qardaş ölkəyə 23 futbolçuyla yollanır. Daha dəqiq desək 21 futbolçu birbaşa Antalyaya gedəcəksə, əməliyyatdan çıxdıqdan sonra bərpa prosesi keçən Rəşad Sadıqov 2 gün gec, Admir Teli isə İstanbulda komandaya qoşulacaq. Komandanın düşərgəsinə qoşulacaq yeni futbolçular məhz Antalyaya gələcək.
