14 yanvar 2012 15:35

Kamran Ağayev: Buna müqaviləmin müddəti bitəndə aydınlıq gələcək

Futbol üzrə Azərbaycan yığmasını, eləcə də “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev azerisport.az saytının suallarını cavablandırıb.
 
- Artıq zədədən sonra məşqlərə başlamısız?
- Bəli, artıq bir neçə gündü komandayla birgə məşq edirəm. Məşqlərdə maksimuma nail olmağa çalışıram. Əsas odu ki, əvvəlki optimal formama qovuşum. Özümü yaxşı hiss edirəm. Türkiyə toplanışına da hazıram.

- Son beş ay sizin üçün nə ilə yadda qalan oldu?
- Məncə, biz bu beş ayı yaxşı keçirdik. “Xəzər Lənkəran” mövsümün geridə qalan dövründə pis oynamırdı. Sadəcə, komandanın ətrafında daim qalmaqallar var idi. Onların yenidən təkrarlanmasını istəməzdim. Bizim işimiz futbol oynamaqdı.
 
- Cüneyt Biçərin gəlişindən sonra çox şey dəyişib?
- “Xəzər Lənkəran”da hazırda əla əhval-ruhiyyə var. Bütün futbolçular özlərini yaxşı hiss edirlər, yorğunluq yoxdu. Mən məşqçiləri müqayisə etmək istəməzdim. Onsuz da hərəsinin öz üslubu olur. Biz indi sadəcə uğurlu nəticələr qazanmaq istəyirik.
 
- Fasiləyə lider kimi yollana bilməməyiniz sizi narahat etmir?
- Bizim hələ çempionluq şanslarımız qalır. Hələ heç nə həll olunmayıb. Çempionat davam edir. Bütün rəqiblərimizə hörmət edirik. Xüsusilə də “Neftçi”yə.
 
- Yoxlama oyunlarınız komanda üçün nə dərəcədə vacib əhəmiyyət daşıyır?
- Türkiyədə Türkmənistan yığmasıyla, eləcə də Qazaxıstan klubları ilə qarşılaşacağıq. Mənim üçün hər oyunda nəticə vacibdi. Amma yoxlama oyunları sadəcə forma yığmaq, hazırlıq xarakteri daşıyır. Hər halda çıxdığımız oyunlarda məğlub olmaq üçün oynamayacağıq.
 
- Demək olar ki, bu, sizin “Xəzər Lənkəran”dakı son toplanışınızdı?
- Mənə Türkiyə, İngiltərə, Almaniya və Rusiyadan təkliflər var. Amma hər şeyə müqaviləmin müddəti bitəndə aydınlıq gələcək. Hələ ki, “Xəzər Lənkəran”dayam. Əgər məni saxlamaq istəsələr, qalacağam.
 
- Bizim futbolçuların özlərini ölkə xaricində göstərə bilməməsi sizi də qorxudur?
- Niyə ki? Amit Quluzad Türkiyə birinci liqasında çıxış edir. Araz Abdullayev Yunanıstan “Panionios”unda oynayır. Pis də çıxış etmirlər. Mən də ölkə xaricində oynamaq istəyirəm. Lakin hazırda ancaq Azərbaycan çempionatı barədə düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.