14 yanvar 2012 15:41

Simurq da Antalyaya yollandı

“Simurq” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, toplanış kurort şəhərində yerləşən “Mardan Spor Kompleksin”də baş tutacaq.
 
Sergey Yuranın yetirmələri yanvarın 31-nə qədər burada qalacaq. Toplanışa tam heyətlə qatılan komandanın 3 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.
 
Komandanı Antalyaya məşqçilər – İqor Getmanla Emil Balayev aparıb. Baş məşqçi Sergey Yuran Moskvadan birbaşa Antalyaya yollanacaq.
 
Toplanışa komandanın heyətinə yeni cəlb edilmiş Nicat Qurbanov, Emin Cəfərquliyev, Dmitri Kramarenko və Ruslan Poladovla yanaşı, baxışa çağrılmış bir necə yerli və əcnəbi futbolçular da qatılıb. Belə ki, “Simurq” “Turan”dan Rəşad Orucovla əvəzedici heyətindən Elçin Süleymanovu da Antalyaya aparıb. Antalyada komandaya baxışa çağırılmış üç əcnəbi qoşulacaq.
 
“Simurq” ilk yoxlama oyununu Qazaxıstanın “Kaysar” klubuna qarşı keçirəcək. Oyun yanvar 21-də, saat 15.00-da “Mardan İdman Kompleksi”dən baş tutacaq. Digər qarşılaşmalar isə yanvarın 27 və 31-də baş tutacaş. Rəqiblərin kimliyi hələ bəlli deyil.
 
“Simurq” Antalyadan sonra hazırlıqları Zaqatala şəhərində davam etdirəcək. Fevralın 3-də “Rəvan”la yoldaşlıq oyununun keçirilməsi də nəzərdə tutulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.