14 yanvar 2012 17:16
Millimizin oyunlarının başlama saatı dəyişdirildi
V Bakı Beynəlxalq Futzal Turnirində iki oyunun başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün – yanvarın 14-də və sabah – yanvarın 15-də keçiriləcək Azərbaycan – Özbəkistan və Azərbaycan – Ukrayna oyunlarının başlanma vaxtı teleyayımla əlaqədar dəyişdirilib. Hər iki qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, saat 19:30-da deyil, 15 dəqiqə tez – saat 19:15-də başlayacaq.
