14 yanvar 2012 17:56
Stamenkoviç: Fasilə bitənə qədər tam hazır olacağıq
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin Antalya hazırlıqları barədə fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Komandamızda gözəl ab-hava var. Çempionatdakı fasilə bitənə qədər tam hazır olacağıq. Əvəzedici heyətdən təlimlərə cəlb olunmuş gənc qapıçılar da çox yaxşı təsir bağışlayır. Onlar cavan olsalar da çox istedadlıdırlar. Yaxın gələcəkdə bu qapıçılar özlərindən söz etdirəcəklər".
