14 yanvar 2012 18:04
Rauf Mehdiyev: İstəyirik ki, bu yeri sona kimi qoruyaq
"Neftçi"nin qapıçısı Rauf Mehdiyev Antalyadakı təlim-məşq toplanışı haqda fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli qolkiper bunları dilə gətirib:
"Hazırlığın bu mərhələsi formada qalmağımız üçün lazımdı. Qış fasiləsinə lider mövqeyində yollanmışıq və istəyirik ki, bu yeri sona kimi qoruyaq. Əvəzedicilərdən də 2 qapıçı - Əyyubla Rəşad bizimlə məşqlərə qoşulub. Onlar üçün də bu bir stimuldu. Hər ikisində potensial var və daim çalışsalar istədikləri səviyyəyə gələcəklərinə inanıram".
