14 yanvar 2012 18:23
“Yaxın gələcəkdə onlarla başa-baş oynaya biləcəyik”
"Neftçi"nin Antalya təlimlərinə cəlb olunmuş qapıçı Rəşad Əzizlinin hazırlıqla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Var qüvvəmizlə çalışırıq ki, bizi bəyənib əsas komandada saxlasınlar. Əvəzedici komandanın istənilən üzvünün hədəfi əsas heyətə düşməkdi. Belə məşqlərin faydasını müəyyən vaxtdan sonra görəcəyik. Qapıçılar üzrə məşqçimiz Neboyşa Manoyloviç təcrübəli mütəxəssisdi. Bizi əsas heyətin qapıçıları ilə rəqabət aparmağa ruhlandırır. Fikrimcə yaxın gələcəkdə onlarla başa-baş oynaya biləcəyik".
