14 yanvar 2012 18:42
“Bu, özümüzü təsdiq etməyimiz üçün gözəl şansdı”
"Neftçi"nin təlimlərinə cəlb olunmuş əvəzedici komandanın qapıçısı Əyyub Əliyev klubun rəsmi saytına danışıb. Azerispsort.az xəbər verir ki, o, komandasının Antalya toplanışı ilə bağlı bunları dilə gətirib:
"Keçən il də hazırlıqlarımızı burada keçmişdik. Klub rəhbərliyi və məşqçilərimizə təşəkkür edirəm ki, bu şəraiti bizə yaradırlar. Antalya təlimləri özümüzü təsdiq etməyimiz üçün gözəl şansdı. Rauf Mehdiyev və Saşa Stamenkoviç kimi təcrübəli qapıçılarla bir yerdə hazırlıq keçmək xeyrimizədi".
