14 yanvar 2012 22:07
Millimizin baş məşqçisi: Çoxlu saya səhvlərə yol verdik
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Azərbaycan – Özbəkistan oyunundan sonra yığmamızın baş məşqçisi Joze Alesio Da Silva komandamızın qələbəsini dəyərləndirib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:2 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Hazırlığa cəmi 3 gündü ki, başlamışıq. Komandada yorğunluq hiss olunurdu. Çoxlu saya səhvlərə yol verdik. Bu oyunların daha çox hazırlıq xarakteri daşıdığını nəzərə alsaq, ümid edirəm ki, çatışmazlıqları aradan qaldıra biləcəyik”.
