14 yanvar 2012 20:58
Millimiz özbəkləri yendi, Türkiyə Ukraynaya uduzdu (YENİLƏNİB)
Bu gün ənənəvi olan sayca V Bakı Beynəlxalq Futzal Turniri start götürüb. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Öncə Bakı İdman Sarayının meydançasına Ukrayna və Türkiyə milliləri çıxıblar. Ukraynalılar qardaş ölkə təmsilçisi üzərində darmadağına imza atıblar. Daha sonra isə Azərbaycan millisi Özbəkistanla qarşılaşıb. Bu matçda da yığmamız çətin qələbəyə imza atıb.
Qeyd edək ki, turnir dairəvi sistem üzrə keçirilir və bütün komandalar bir-biri ilə qarşılaşmalı olacaqlar.
Bakı Beynəlxalq Futzal Turniri
14 yanvar
Ukrayna - Türkiyə - 5:1 (3:0)
Azərbaycan - Özbəkistan - 3:2 (1:1)
Qollar: V.Borisov (2 qol), Alveş - Yunusov, Şarifov.
