14 yanvar 2012 11:42
Neftçi Almaniya və Rusiya klubu ilə qarşılaşacaq
"Neftçi"nin əvəzediciləri qış fasiləsi zamanı Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri "Neftçi"nin hazırlıq prosesi yanvarın 19-dan fevralın 3-dək baş tutacaq.
Əvəzedicilər Antalyada 3 yoxlama matçı keçirəcək. Artıq rəqiblər də müəyyənləşib. Komanda yanvarın 25-də Moskva "Dinamo"sunun əvəzediciləri, 28-də isə Rumıniyanın U-21 yığması ilə qarşılaşacaq. "Neftçi" sonuncu yoxlama görüşünü fevralın 2-də keçirəcək. Həmin gün rəqib Almaniyanın 3-cü Bundesliqa klublarından biri olacaq.
