14 yanvar 2012 00:06
“Əsas hədəfimiz Premyer Liqanı qalib başa vurmaqdı”
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov komandasının hazırlıq mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Məşqlər başlanandan ikiqat səylə çalışırıq. Qarşıda yoldaşlıq oyunlarımız və beynəlxalq turnir var. Bu matçlarda gözəl oyun nümayiş etdirib, yaxşı nəticə qazanmaq və əsas heyətdə möhkəmlənmək niyyətindəyəm. Bunula belə əsas hədəfimiz Premyer Liqanı qalib başa vurmaqdı".
