14 yanvar 2012 00:22
“Əsas komanda ilə məşq etmək bir az çətindi”
Əvəzedici komandadan "Neftçi"nin Antalya təlimlərinə cəlb olunmuş Elşən Abdullayev klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Əvəzedici komandaya baxanda əsas komanda ilə məşq etmək bir az çətindi. Həm də uyğunlaşmaq üçün bəzən zamana ehtiyac olur. Çalışıram ki, gün-gündən özümü daha yaxşı tərəfdən göstərim. Əsas komandanın düşərgəsinə davamlı çağırılmaq üçün fasiləsiz məşq etmək lazımdı. Komanda rəhbərliyinə, məşqçilərimizə minnətdarlığımızı bildiririk ki, biz gənclərə belə şəraitdə hazırlıq keçmək imkanı yaradır. Bizə bəslənən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik".
