14 yanvar 2012 00:26
Rəşad Abdullayev: Liderliyimizi sona kimi qoruyacağıq
"Neftçi"nin futbolçusu Rəşad Abdullayev Antalya hazırlıqları barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunları qeyd edib:
“Çempionatdakı çıxışımız hazırlıq dönəmini nə səviyyədə keçirməyimizdən asılı olacaq. Təlim məşq toplanışı başlayandan, səhərlər fiziki məşqlər edirik. Axşamlar isə əsasən toplu çalışmalara üstünlük verilir. Fiziki cəhətdən yüklənməyimiz normaldı. Belə olduqda futbolçu çempionat oyunlarında özünü daha rahat hiss edir. İnanıram ki, hazırlığı ən yüksək səviyyədə başa vurub, çempionatdakı liderliyimizi sona kimi qoruyacağıq".