15 yanvar 2012 12:58
Təbriz Həsənov işdən kənarlaşdırıldı
“Sumqayıt”ın məşqçilər korpusunda dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, debütantın baş məşqçisi Bernard Raabın köməkçisi Təbriz Həsənov işdən azad edilib.
17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi bundan sonra bir yerdə işləyəcək. Belə ki, bütün gücünü U-17-yə sərf etməli olacaq. Adıçəkilən mütəxəssis bütün vaxtını yığmaya sərf etmək istədiyini bildirərək klubla iş birliyinə son vermək qərarına gəlib. “Sumqayıt” Futbol Klubunun rəhbərliyi milli komandanın mənafeyini nəzərə alaraq Həsənova gələcək işlərində uğurlar arzulayıb və onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Təbriz Həsənova “Sumqayıt” Futbol Klubuna göstərdiyi bütün əməklərinə görə təşəkkür edilib.
Artıq Təbriz Həsənovu kimin əvəzləyəcəyi də məlumdu. İndiyədək “Sumqayıt”ın əvəzedici komandasında məşqçi işləyən Mehman Yunusov bundan sonra Raabın köməkçisi olacaq.
