15 yanvar 2012 01:15
“Onların çoxu millidən reklam məqsədi ilə istifadə edir”
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev hesab edir ki, legioner limitində dəyişiklik etməyə ehtiyac var. Azerisport.az saytına müsahibəsində o, bu məsələ ilə bağlı bunları dilə gətirib:
“Mən meydana daha çox azərbaycanlı futbolçuların çıxmasının tərəfdarıyam. Gənc futbolçularımızı da düşünmək lazımdı. Əgər Kriştiano Ronaldo səviyyəsində legionerləri milliləşdirmək istəsələr, buna qarşı çıxmaram. Amma hər kəsi yığma komandaya çağırmaq da düz deyil. Milliləşdirilmiş əcnəbilərin çoxu Azərbaycan yığmasından reklam məqsədi ilə istifadə edir. Komandanın məğlubiyyəti onlara təsir də etmir. İstənilən halda onlar burda qonaqdılar”.