15 yanvar 2012 21:10
Araz 67 dəqiqə oynadı, komandası qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Panetolikos”lə qarşılaşıb.
Qeyd edək ki, bu oyun öncəsi həm “Panetolikos”, həm də “Panionios” eyni xala (16) malik idi və 10-11ci yerləri bölüşürdülər. Sadəcə, “Panetolikos” rəqibinə nisbətən iki oyun az keçirmişdi. Odu ki, bu görüşdə qələbə qazanacaq tərəf böyük üstünlük əldə etmiş olacaqdı. Matçın doğma meydanda keçirilməsi Arazın komandasının şanslarını artırırdı. Gözlənildiyi kimi, görüş məhz meydan sahiblərinin qələbəsi ilə bitib.
Araz bu dəfə start heyətində meydana çıxıb. Lakin 67-ci dəqiqədə baş məşçqi onu başqa oyundaşı ilə əvəzləyib.
Xatırladaq ki, Araz yeni klubunda ilk iki çempionat oyununda sonradan meydana çıxmışdı. Sonuncu kubok oyununda isə start heyətində meydana çıxdığı halda, 88-ci dəqiqədə əvəzlənmişdi.
Yunanıstan Superliqası
17-ci tur
15 yanvar
Panionios – Panetolikos - 1:0 (0:0)
Qol: Kuqi, 54.
