15 yanvar 2012 21:03
Millimiz Ukraynaya məğlub oldu (YENİLƏNİB)
Bu gün ənənəvi olan sayca V Bakı Beynəlxalq Futzal Turnirində ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma baş tutub.
Öncə Bakı İdman Sarayının meydançasına Özbəkistan və Türkiyə milliləri çıxıblar. Bu görüşü məğlubların dueli də adlandırmaq olardı. Çünki türklər Ukraynaya 1:5, özbəklər isə Azərbaycan millisinə 2:3 hesabıyla uduzmuşdular. Lakin onların öz aralarındakı dueldə hesab açılmayıb.
Daha sonra isə ilk turu qələbəylə bitirənlər - Azərbaycan və Ukrayna yığmaları qarşılaşıblar. Bu matçda isə Ukrayna qələbə qazanaraq, vahid liderliyi ələ keçirib.
Qeyd edək ki, turnir dairəvi sistem üzrə keçirilir və bütün komandalar bir-biri ilə qarşılaşmalı olacaqlar.
Bakı Beynəlxalq Futzal Turniri
15yanvar
Türkiyə - Özbəkistan - 0:0
Azərbaycan - Ukrayna - 2:3
Qollar: Sorokin, 16 (0:1), Fedorçenko, 32 (0:2), Jurba, 35 (0:3), Serjio, 37 (1:3), Serjio, 38 (2:3)
