15 yanvar 2012 14:14
Neftçidən latviyalılara 7 qol
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 Latviyanın paytaxtı Riqanın "Şitika" futbol məktəbinin komandası ilə qarşılaşıb.
Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin heyətində Rövlan Muradov het-trikə imza atıb.
Qeyd edək ki, yanvarın 19-dək davam edəcək yarışda "Neftçi" ilə yanaşı, "Spartak" (Moskva), "Dinamo" (Kiyev), "Zenit" (Sankt-Peterburq), "Dinamo" (Moskva) kimi məşhur klublar da daxil olmaqla, MDB və Baltikyanı ölkələrdən olan 16 komanda mübarizə aparır. Hərəsində 4 komanda olan qruplardan növbəti mərhələyə 2-si çıxacaq.
