15 yanvar 2012 14:37
Sumqayıt Rusiya klubu ilə qarşılaşacaq
“Sumqayıt” futbol klubu Türkiyə toplanışı vaxtı qarşılaşacağı daha bir sınaqçı-rəqibin kimliyinə aydınlıq gətirib. Azerisport.az saytına müsahibəsində bu barədə baş məşqçi Bernard Raab məlumat verib.
Almaniyalı mütəxəssisin sözlərinə görə, bu, Rusiyanın birinci divizion təmsilçisi “Fakel”di. Görüşün dəqiq keçirilmə vaxtı məlum deyil.
Qeyd edək ki, Sumqayıt təmsilçisi Antalya toplanışı zamanı “Fakel”lə yanaşı Qazaxıstanın “Jetısu” və Almaniyanın “Paderborn” klubları ilə də qarşılaşacaq.
