15 yanvar 2012 15:04
FİFA Rikardo Qomeşi Xəzər Lənkəranın düşərgəsinə qaytardı
“Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Rikardo Qomeş bu gün Bakıya gəlib. Azerisport.az xəbər verir ki, ötən ilin oktyabrında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı klubun düşərgəsini tərk etmiş futbolçu müəyyən problemlərin olduğunu əsas gətirərək uzun müddət Azərbaycandan kənarda oldu.
Nəhayət, bütün məqamlara aydınlıq gəldi və hazırda Qomeş məxsus olduğu “Xəzər Lənkəran”dadı. Qeyd edək ki, bu müddət ərzində FİFA-nın Mübahisələrin Həlli Palatasında Rikardo Qomeş və “Xəzər Lənkəran” FK arasında məsələyə baxılıb. Klub bütün iddiaları cavablandırdıqdan sonra ötən ilin dekabr ayında səlahiyyətli qurum tərəfindən “Xəzər Lənkəran”ın xeyrinə olan qərar çıxarılıb.
